Təcrübə proqramları

A

Mikro kreditlər üzrə təcrübəçi

Vakansiyalar

Razılaşma ilə
20 noy
627
2

2027-ci il üzrə İstehsalat Təcrübə Proqramına qeydiyyat başladı!

Vakansiyalar

Razılaşma ilə
20 noy
488
F

İnsan Resursları üzrə təcrübəçi

Vakansiyalar

Razılaşma ilə
19 noy
1057
A

Mikro və Aqro Müştərilər üzrə Təcrübəçi/Kiçik Mütəxəssis/Mütəxəssis (Badamdar filialı)

Vakansiyalar

Razılaşma ilə
18 noy
461

Bizi sosial mediada izlə!

Yeni vakansiyaları, təcrübə proqramlarını və faydalı xəbərləri ilk sən gör.

Y

Mikro biznes müştəriləri üzrə təcrübəçi / kiçik mütəxəssis (Lerik)

Vakansiyalar

Razılaşma ilə
18 noy
370
A

Mikro kreditlər üzrə təcrübəçi

Vakansiyalar

Razılaşma ilə
18 noy
567
A

Azərişıq ASC -də təcrübə programı

Vakansiyalar

Razılaşma ilə
17 noy
1971
“

“Rəqəmsal körpü” Təcrübə Proqramı

Vakansiyalar

Razılaşma ilə
16 noy
905
T

Tələbə Məsləhətçiliyi və Satış üzrə intern

Vakansiyalar

Razılaşma ilə
16 noy
682
G

Graphic Design Intern

Vakansiyalar

Razılaşma ilə
15 noy
1040
Q

QA üzrə təcrübə proqramı - ödənişsiz

Vakansiyalar

Razılaşma ilə
15 noy
1358
S

Satış üzrə Təcrübəçi(B2B)

Vakansiyalar

Razılaşma ilə
13 noy
741

Tez-tez verilən suallar

Bütün suallara keç

Əlaqəli səhifələr

Ətraflı məlumat

Karyeraya Təcrübə Proqramı ilə Başla – Təcrübəsizlər üçün Ən Yaxşı Seçim

Bugünkü əmək bazarında yalnız təhsil kifayət etmir. İşəgötürənlər həm də praktik bilik və real iş mühiti təcrübəsi olan namizədləri üstün tutur. Elə bu səbəbdən təcrübə proqramları tələbə və gənclər üçün ideal başlanğıcdır. Hələ təcrübən yoxdur, amma böyük arzuların var? Elə isə Work.az-da yüzlərlə təcrübəsiz iş elanları səni gözləyir.


Təcrübə Proqramı Nədir və Niyə Vacibdir?

Təcrübə proqramı – bir şirkətin müəyyən müddətə, ödənişli və ya ödənişsiz şəkildə təcrübəsiz namizədləri işə cəlb etməsidir. Bu proqramların əsas məqsədi:

  • Namizədin öz sahəsində praktik bacarıqlar qazanması

  • İş mühitində reallıqlarla tanış olması

  • Əmək bazarında öz yerini tapmaqda ilk addımı atmasıdır

Proqramın sonunda isə gənc mütəxəssis artıq sırf nəzəriyyə deyil, real iş təcrübəsi ilə silahlanmış olur.


Təcrübəsizlər üçün Ən Yaxşı Vakansiyalar – Hansı Sahələr Üzrə Daha Çoxdur?

Təcrübə proqramları əsasən aşağıdakı sahələr üzrə elan edilir:

  • Marketinq və rəqəmsal media

  • Mühasibatlıq və maliyyə

  • Dizayn və kreativ sahələr (grafik dizayn, UX/UI)

  • Proqramlaşdırma və IT sahəsi

  • İnsan resursları və ofis idarəçiliyi

Work.az platformasında bu sahələr üzrə təcrübəçi vakansiyaları gündəlik yenilənir. İstər böyük holdinglər, istərsə də startaplar, gənc və dinamik şəxsləri komandalarına cəlb etmək üçün aktiv elanlar paylaşır.


Təcrübə Proqramında Nələr Öyrənə Bilərsən?

Ənənəvi tədrislə müqayisədə təcrübə proqramları iş dünyasının real qaydalarını öyrədir. Bu proqramlar vasitəsilə:

  • Ofis proqramları ilə işləmə bacarığı

  • Komanda işi və peşəkar ünsiyyət

  • Tapşırıqların vaxtında yerinə yetirilməsi

  • Rəhbərlə hesabat vermə və cavabdehlik daşıma kimi önəmli iş vərdişləri qazanılır.

Eyni zamanda təcrübə proqramı sənə mentor dəstəyi, şirkət mədəniyyətini anlamaq və öz sahəndə şəbəkə qurmaq imkanı verir.


Tələbələr üçün Təcrübə Elanları – Təhsil Alarkən Təcrübə Qazan

Hal-hazırda təhsil alırsansa, lakin gələcək iş imkanlarını düşünürsənsə, bu zaman part-time təcrübə proqramları sənin üçün ideal fürsətdir. Bir çox şirkətlər tələbələrin dərs cədvəlinə uyğun elastik iş saatları təklif edir.

Work.az platformasında “tələbələr üçün iş elanları” bölməsi məhz bu məqsədlə yaradılıb. Buradan həm tələbə vakansiyaları, həm də kreditli təcrübə proqramları tapa bilərsən.


Təcrübə Proqramı Nə Qədər Davam Edir və Sertifikat Verilirmi?

Adətən təcrübə proqramları 1 aydan 3 aya qədər davam edir. Bu müddət ərzində sən həm yeni şeylər öyrənir, həm də şirkətin sənə güvənməsini qazanırsan.

Uğurlu nəticə göstərdiyin halda, şirkətlər çox zaman:

  • Sertifikat təqdim edir

  • Rəy məktubu verir

  • Hətta daimi iş təklifi də edə bilər

Bu sənədlər gələcək müraciətlərində sənə ciddi üstünlük qazandıracaq.


Work.az ilə Təcrübə Proqramını Necə Tapmaq Olar?

Work.az platformasında “təcrübə proqramları” və ya “təcrübəsizlər üçün vakansiyalar” axtarışı edərək uyğun elanları rahatlıqla tapa bilərsən. Hər elanda:

  • Şirkət haqqında məlumat

  • Tapşırıqlar

  • Qrafik və müddət

  • Müraciət forması yerləşdirilmişdir.

Sadəcə profilini doldur, bir kliklə müraciət et və ilk iş təcrübənə başla.


Karyeraya Güclü Başla: Təcrübə ilə Özünü Sübut Et

Sonda qeyd edək ki, uğurlu karyeranın əsası düzgün başlanğıcdan keçir. Bu başlanğıc üçün isə təcrübə proqramları əvəzolunmazdır. Sən də artıq axtarışa başla və ilk real iş təcrübəni Work.az ilə qazan!