12 Noy 2025 | Marketinq

Digital marketing kursları 2026: Bakıda və onlayn ən yaxşı kurslar

519 baxış
7
Digital marketing kursları 2026: Bakıda və onlayn ən yaxşı kurslar

Qısa cavab: Digital (rəqəmsal) marketing kursları SMM, SEO, Google Ads, Meta reklamları, e-poçt marketinqi, kontent marketinqi və veb analitikanı öyrədir. Bakıda bu kurslar adətən 2–4 ay davam edir və online, offline və ya hibrid formada keçirilir. Paralel olaraq Google Skillshop və HubSpot Academy-də pulsuz sertifikatlı kurslarla bilikləri gücləndirmək mümkündür.

🇦🇿 Azərbaycanda Ən Yaxşı Digital Marketing Kursları Hansılardır?

Azərbaycanda bir çox təlim mərkəzi və akademiya digital marketing kursları təklif edir. Onlardan bəziləri aşağıdakılardır:

 

Tədris Mərkəzi / Platforma

Tədris Forması

Kurs Məzmunu

Sertifikat

Work.az Tədris Platforması

Online / Offline

SEO, reklam, kontent və analitika

Yerli Sertifikat

Step IT Academy

Offline / Hibrid

Sosial media, Google Ads, rəqəmsal strategiyalar

Beynəlxalq Sertifikat

Barattson School of Business

Offline

Marketinq menecmenti, digital strategiya

Beynəlxalq Sertifikat

Baku Design Academy

Offline / Online

Kreativ kontent, vizual marketinq

Yerli Sertifikat

Code Academy

Online / Offline

SEO, SEM, Google alətləri, analiz

Google Sertifikasiyası Dəstəyi

Digital Marketing kursları nə üçün lazımdır? Bugünün rəqəmsal dünyasında uğurlu biznes qurmaq və müştərilərə çatmaq üçün Digital Marketing kursları üz tutula biləcək zərurətlər sırasındadır. Çünki Rəqəmsal Marketinq sayəsində şirkətlər brendlərini tanıdır, satışlarını artırır və auditoriya ilə güclü əlaqə qurur. Digital marketing kursları bu sahəyə yeni başlayanlar, sahibkarlar, marketoloqlar və onlayn biznes sahibləri üçün mükəmməl bir başlanğıcdır.

Digital Marketing kursları nə öyrədir?

Peşəkar digital marketing kursları sizə yalnız nəzəri bilik deyil, real bazarda işləmək üçün praktik bacarıqlar qazandırır. Kurs müddətində siz aşağıdakı sahələrdə dərin bilik əldə edirsiniz: 

  • Sosial media idarəçiliyi (Facebook, Instagram, LinkedIn, TikTok),
  • Google və Meta reklam kampaniyalarının qurulması,
  • SEO və SEM strategiyaları, email marketing, kontent planlaşdırması, analitika və hədəf auditoriya analizi. 

Bu biliklər sizi rəqəmsal dünyada rəqabətə hazır mütəxəssisə çevirəcək.

Dijital Marketinq kurslarını bitirdikdən sonra hansı imkanlar açılır?

Digital Marketing kursları bitirdikdən sonra siz müxtəlif sahələrdə fəaliyyət göstərə bilərsiniz: marketinq agentliklərində, startaplarda, korporativ şirkətlərdə və ya freelancer kimi. 

Rəqəmsal bacarıqları olan mütəxəssislərə tələbat hər il artır və bu sahədə gəlir səviyyəsi yüksək olur. Peşəkar digital marketing bilikləri ilə siz həm öz biznesinizi inkişaf etdirə, həm də beynəlxalq layihələrdə iştirak edə bilərsiniz.

Onlayn və oflayn Digital Marketing kursları arasında fərq varmı?

Onlayn Digital Marketing kursları sizə istənilən yerdən, istənilən vaxt öyrənmək imkanı yaradır. Dərsləri evdən izləyərək praktiki tapşırıqları yerinə yetirə və sertifikat əldə edə bilərsiniz. Oflayn kurslarda isə təlimçi ilə birbaşa ünsiyyət, qrup tapşırıqları və canlı seminarlar olur. Ən effektiv seçim hər iki formatı birləşdirən hibrid digital marketing kurslarıdır, çünki həm rahatlıq, həm də real təcrübə qazandırır.

Digital Marketing kursu seçərkən nəyə diqqət etmək lazımdır?

Məlum olduğu kim ölkəmizdə bir çox Digital Marketing kursları mövcuddur. Bəs bu qədər kurs arasından sizə uyğun olan kursu necə tapa bilərsiniz? İlk əvvəl kurs haqqında internetdə, sosial şəbəkə hesablarında araşdırma aparın. Daha sonra təlimçilər haqqında maraqlanın, onların rəsmi səhifələrini izləyin, eyni zamanda məzun olmuş tələbələrdən təlimçilər haqqında məlumat toplayın. Bu prosess sizin düzgün və dəqiq qərar verməyinizə kömək edəcək. Unutmayın ki, təlimçinin təcrübəsi, proqramın yenilənməsi, praktiki tapşırıqların olması, real reklam kampaniyalarının analiz edilməsi və beynəlxalq sertifikatın verilməsi kursun dəyərini müəyyən edir. Yalnız bu meyarlara cavab verən kurslar sizə real fayda gətirəcək və gələcək karyeranıza təsir edəcək.

 

🌍Xaricdə Digital Marketing Kursları və Onlayn Təlimlər

Dünya üzrə tanınmış universitet və platformalar da digital marketing kursları təklif edir. Bu təlimlər beynəlxalq səviyyədə tanınan sertifikatlarla nəticələnir:

 

Platforma / Universitet

Tədris Forması

Kurs Məzmunu

Sertifikat

Google Digital Garage

Online

Digital marketing əsasları (26 modul)

Rəsmi Google Sertifikatı

Coursera (Meta, Google, Illinois Univ.)

Online

SEO, SEM, sosial media, analitika

Beynəlxalq Sertifikat

Udemy

Online

SEO, Facebook Ads, Email Marketing

Qlobal Sertifikat

LinkedIn Learning

Online

Brend idarəçiliyi, strategiya, kontent planı

LinkedIn Sertifikatı

HubSpot Academy

Online

Inbound və Email Marketing

Beynəlxalq Sertifikat

Simplilearn (Google & Purdue Univ.)

Online / Live

Digital marketing professional proqramı

Beynəlxalq Sertifikat

Google SkillshopOnlineGoogle Ads, Google Analytics 4, YouTube reklamlarıPulsuz Google sertifikatı
HubSpot AcademyOnlineİnbound, kontent, e-poçt marketinqi, SEOPulsuz sertifikat
Meta BlueprintOnlineFacebook və Instagram reklamlarıPulsuz təlim, ödənişli imtahan
Semrush AcademyOnlineSEO, PPC, kontent marketinq, rəqib analiziPulsuz sertifikat

 

Digital marketing kursu seçərkən nələrə diqqət etməli?

MeyarNəyi yoxlamalı
TəlimçiSahədə real təcrübəsi, portfolio və ya işlədiyi şirkətlər
Proqram (sillabus)Mövzuların güncəlliyi, praktik tapşırıqların payı
PraktikaReal layihə, keys və ya portfolio üzərində iş
SertifikatYerli və ya beynəlxalq tanınması
Format və qrafikOnline, offline və ya hibrid; iş/dərslə uyğunluq
Karyera dəstəyiTəcrübə proqramı, CV və müsahibə hazırlığı, işə yönləndirmə
RəylərMəzunların real rəyləri, sosial şəbəkə və Google rəyləri

Qeydiyyatdan əvvəl sınaq dərsinə qatılmağı və qiymətə nələrin daxil olduğunu yazılı şəkildə soruşmağı tövsiyə edirik.

Digital marketing kursundan sonra karyera

VəzifəNə iş görürVakansiyalar
Digital marketoloqRəqəmsal kanallarda marketinq strategiyası qurur və icra edirDigital marketing vakansiyaları
SMM mütəxəssisiSosial media hesablarını və reklamlarını idarə edirSMM vakansiyaları
PPC / Google Ads mütəxəssisiÖdənişli axtarış və display kampaniyaları idarə edirMarketinq vakansiyaları
Kontent menecerKontent planı, mətn və vizual məzmun hazırlayırKontent menecer vakansiyaları
Marketinq analitikiKampaniya nəticələrini təhlil edir, hesabat hazırlayırData analitik vakansiyaları

Marketinqin əsasları üçün marketinq nədir və B2B nədir yazılarımızı oxuyun.

Digər populyar kurslar

Pulsuz sertifikat verən platformalar üçün online sertifikat almaq yazımıza, kursdan sonra işə müraciət üçün isə Work.az CV hazırlama alətinə baxın. Onlayn kursları Work.az Akademiya bölməsində də tapa bilərsiniz.

Ən çox verilən suallar

1. Digital marketing kursu nə qədər çəkir?

Bakıda əksər proqramlar 2–4 ay davam edir. Onlayn pulsuz kurslar isə bir neçə saatdan bir neçə həftəyə qədər ola bilər.

2. Digital marketing-i sıfırdan öyrənmək olarmı?

Bəli, əksər kurslar başlanğıc səviyyədən başlayır və əvvəlki bilik tələb etmir.

3. Pulsuz digital marketing sertifikatı haradan almaq olar?

Google Skillshop (Google Ads, Analytics) və HubSpot Academy pulsuz sertifikat verir.

4. Digital marketing kursu hansı mövzuları əhatə edir?

SMM, SEO, Google Ads, Meta reklamları, e-poçt və kontent marketinqi, veb analitika və strategiya.

5. Digital marketing sahəsində evdən işləmək olarmı?

Bəli, SMM, kontent və reklam idarəçiliyi uzaqdan və freelance formada ən çox görülən işlərdəndir.

Dostunla paylaş:

whatsapptelegram
Loading...