Tapşırıqlar hissəsi necə işləyir?
Work.az üzərində hər hansı tapşırıq yaradaraq gördürmək istədiyiniz iş üçün insanlara çata bilərsiniz. Burada ən xırda tapşırıqlardan (məs: rəy yazdırmaq) ən böyük tender elanlarını şirkətiniz üçün paylaşa bilərsiniz.
Niyə lazımdır?
Bəzən istifadəçilərin hər hansı işi başqasına gördürmək tələblərinə uyğun adamı tapmaq çətin olur bunun üçün insanların xüsusi iş elanıda yoxdur. Məsələn hansısa bir məlumata fikir almaq, münasibətlərini bildirməklərini istəmək və ya hansısa iş üçün müsabiqə etmək kimi. Bunun da əsas həll yolunu tapşırıqlarla həll edə biləcəyimizi düşünürük.
Əslində bu bir çox iş sahəsində olan adamların facebook qruplarındakı öz communityləri ilə etdiyi işlərdir. Məsələn Dizayn qrupunda loqoya fikir almaq, ən yaxşı loqo hazırlayana mükafat vermək və s kimi.
Test etmək məqsədli istifadəsi
Hər hansı bir məhsulunuz var və burada insanlara çataraq ödənişlə test elətdirib rəylər ala bilərsiniz.