Qaydalar

Dəqiqlik və ciddilik

Yerləşdirilən proyekt və təkliflər real olmalıdır. Frilanserlər proyektin götürülməsi, təklifin rədd edilməsi, haqqlarının ödənilməsi və sair kimi məqamlarda məsuliyyətli və etik olmalıdırlar. İstənilən qeyri-ciddi, qeyri-etik davranışına görə Frilanserin profili reytinqindən və statusundan asılı olmayaraq deaktiv ediləcəkdir.

İnkişaf etməyi düşünün

Əməkdaşlığa başlayan Frilanser və proyekt sahibi saytdankənar fəaliyyət göstərməməlidir. Proyektə təklif yazılmalı, həll bitdikdən sonra isə proyekt bağlanmalıdırki, Frilanserin reytinqi artsın. Çünki, reytinq Frilanserin bilik səviyyəsinin göstəricisidir və onun gələcəkdə proyekt götürmə şansını artırır.

Köməkdən istifadə

Qeydiyyat, proyekt yerləşdirmə, təklif etmə kimi əməliyyatları icra etməzdən əvvəl həmin səhifədəki "Kömək" bölməsini nəzərdən keçirin və əməl edin. Saytda qarşınıza çıxan əlavə sulları, təklif və iradlarınızı isə birbaşa saytın əsas səhifəsindəki "Bizə yazın" bölməsindən Administratora ünvanlaya bilərsiniz.

Hər şey çox sadədir

Üzv ol

Saytın əsas imkanlarından istifadə etmək üçün əvvəlcə qeydiyyatdan keçib profil açmalısınız. İstifadəçi qeydiyyatdan keçdikdən sonra Frilanser sayılır. Frilanser həm proyekt yerləşdirə bilər, həm də digər proyektlərə öz xidmətini təklif edə bilər və təbii ki, təklifi qəbul olunarsa proyekti həll edib qazana bilər. Əməkdaşlıq edən Frilanserlər daxili mesajlaşma ilə əlaqə saxlaya bilərlər. Frilanser olmuş istifadəçi sadə istifadəçi olur. Yəni bir ay ərzində maksimum 3 proyekt götürə bilər. Lakin gələcəkdə statusunu Premium, Gold və sair edə bilər. Əgər keçməmisinizsə elə indi qeydiyyatdan keçin və saytın ilk istifadəçilərindən biri kimi reytinqinizi indidən artırın. Qeydiyyat saytın sağında, ən yuxarı hissəsindədir.

İş götür

Frilanserlər istənilən kateqoriyalı proyekti yerləşdirə və təklif yaza bilərlər. Hər hansı proyekti həll edə biləcəyinizə əminsinizsə proyektin aşağısında öz xidmətinizi təklif edə bilərsiniz. Təklifdə proyekti nə qədər müddətə, hansı qiymətə, hansı şərtlərlə həll edə biləcəyinizi qeyd etməlisiniz. Eyni vaxtda 1-dən çox təklif qəbul edilə bilməz. Sizin təklifiniz qəbul edilərsə, bunu proyektin sahibi ilə dəqiqləşdirib təsdiqini aldıqdan sonra proyektin həllinə başlaya bilərsiniz. Proyekt sahibi bundan sonra başqa bir daha sərfəli təklifi qəbul etsə sizin təklifiniz rədd edilmiş sayılacaq. Qəbul etmə və rədd etmə əməliyyatlarında əməkdaşlar bir-birinə qabaqcadan bu barədə məlumat verməlidir.

Həll et

Proyektin həllinə başlayan Frilanser onun vaxtında və düzgün həll edilməsinə maksimum çalışmalıdır. Bunu həm saytın qaydaları tələb edir, həm də öz karyerasının yüksəlişi. Çünki, proyekt bağlananda proyekt sahibi Frilanser haqqında fikirlərini paylaşır. Həll olunma ərəfəsində proyekt sahibi hər hansı səbəbdən fikrini dəyişərsə, həllin gedişatı onu qane etməzsə, həll etməkdə olan Frilanserin təklifini rədd etmək istəsə bu barədə ona məlumat verməlidir. Yaxud əksinə, həll edən Frilanser həllə davam etməyi bacarmasa, proyekti həll etməkdən boyun qaçırarsa bu barədə proyekt sahibinə məlumat veməlidir. Əməkdaşlar arasındakı belə hallarda saytın rəhbərliyi heç bir cavabdehlik daşımır.

Qazan

Frilanser proyekti həll edib qurtardıqdan sonra proyekt sahibinə məlumat verir və proyekt sahibi proyekti bağlaya bilər. Bu zaman O, yekunla bağlı fikirlərini yazmalıdır. Məsələn, Frilanserin işi hansı səviyyədə gördüyünü, onu qane edib-etmədiyini qeyd etməlidir. Yalnız bağlanma əməliyyatından sonra proyekt həll edilmiş sayılır və deaktivləşir. Proyekt bağlandıqdan sonra istənilən halda onu həll edən Frilanserin reytinqi 50 vahid artır. Proyektin büdcəsi isə Frilanserə verilməlidir. Saytın rəhbərliyi bu məsələyə qarışa bilməz. Bu məsələni tərəflər öz aralarında həll edir. Bizim əsas məqsədimiz isə hər iki tərəfin (həll edən və həll axtaranların) bir-birini tapmasını təmin etməkdir.